Pul vəsaitlərinin qaytarilmasi qaydasi

PUL VƏSAİTLƏRİNİN QAYTARILMASI QAYDASI


1. Alıcı malları http://www.lilac.az internet-mağazasında nağd və ya nağdsız qaydada ödəyir.
2. Nağdsız ödəmə forması zamanı http://www.lilac.az internet-mağazası yalnız 100% (yüz faiz) ödənişin http://www.lilac.az internet-mağazasının (ödənişin qəbulu üzrə operator) bank hesabına daxil olmasından sonra malın alıcıya çatdırılmasını (verilməsini) həyata keçirir.
3. Malın qiyməti, həmçinin sifariş qaydası, http://www.lilac.az internet-mağazasının müvafiq səhifələrində göstərilib.
4. Alıcı ödənişin həyata keçirilməsi zamanı kredit təşkilatları (ödəmə sistemləri/aqreqatları) tərəfindən tutulan komissiyaları (rüsumları) öz hesabına ödəyir.
5. Malların keyfiyyəti lazımi səviyyədə olmazsa, malların qiymətini ödəmiş alıcı pul vəsaitlərinin qaytarılması barədə ərizə ilə http://www.lilac.az internet-mağazasının rəhbərliyinə müraciət etmək hüququnu əldə edir.
6. Pul vəsaitlərinin qaytarılması barədə ərizə əldə edilmiş malların və http://www.lilac.az internet-mağazasının rəhbərliyi tərəfindən ərizəyə hərtərəfli baxılması üçün zəruri olan sənədlərin əlavə edilməsi ilə yazılı şəkildə təqdim edilməlidir.
7. Alıcının pul vəsaitlərinin qaytarılması ilə bağlı tələblərinin qarşılanması yalnız http://www.lilac.az internet-mağazasının rəhbərliyi tərəfindən ərizəyə baxıldıqdan və onun əsaslı olmasının təsdiq edilməsindən sonra həyata keçirilir. Pul vəsaitlərinin qaytarılması və ya qaytarılmaması barədə qərar http://www.lilac.az internet-mağazasının rəhbərliyi tərəfindən birtərəfli qaydada qəbul edilir.
8. http://www.lilac.az saytının rəhbərliyi aşağıdakı hallarda pul vəsaitlərinin qaytarılmasından imtina edə bilər:
a. alıcı alqı-satqı müqaviləsinin şərtlərini və ya Azərbaycan Respublikasının tətbiq edilən qanunvericiliyini pozduqda.
b. ödəmə sistemləri nasaz olarsa, belə ki, http://www.lilac.az internet-mağazası alıcı tərəfindən ödənişin həyata keçirdiyi ödəmə sistemlərinin işləməsinə görə məsuliyyət daşımır. Belə olan halda pul vəsaitlərinin qaytarılması məsələsi fərdi şəkildə həll edilir.
c. http://www.lilac.az internet-mağazasının rəhbərliyinin əsaslandırılmış qərarı ilə digər hallarda.
9. Pul vəsaitlərinin qaytarılması http://www.lilac.az internet-mağazası tərəfindən alıcının razılığı ilə aşağıdakı üsullardan biri vasitəsilə həyata keçirilir:
a. http://www.lilac.az internet-mağazasının yerləşdiyi ünvanda nağd şəkildə; yaxud
b. alıcının göstərdiyi bank hesabına pul vəsaitlərinin köçürülməsi yolu ilə.
10. Pul vəsaitlərinin qaytarılması alıcı tərəfindən irəli sürülən tələblərin əsaslı olması şərti ilə alıcı tərəfindən müvafiq tələblərin irəli sürülməsi tarixindən 10 iş günü ərzində http://www.lilac.az internet-mağazası tərəfindən həyata keçirilir.